“Özünü təqdim et” adlı fərdi layihəsi həyata keçirilmişdir

0

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Sumqayıt Gənclər Evinin təşkilatı dəstəyi ilə Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan Zəkiyyə Məmmədovanın “Özünü təqdim et” adlı fərdi layihəsi həyata keçirilmişdir.

Layihə müddətində 26 yanvar, 14-16 fevral 2019-cu il tarixlərində 30 nəfər gəncin iştirakı ilə, Sumqayıt Gənclər evində 3 təlim təşkil edilmiş və öhdəliyə götürülmüş işlərə uyğun olaraq təlimçi tərəfindən tədbir iştirakçılarına CV yazılma qaydası, müsahibədə necə davranmaq qaydaları, müsahibə zamanı geyimimizdə diqqət etməli olduğumuz nüanslar və s haqda geniş izahatlar vermiş və  praktiki məşğələlər keçirilmişdi.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zəkiyyə Məmmədova Azərbaycan Respublikasının Gənclər Fonduna, göstərdiyi dəstəyə görə və gənclərə layihədə iştirakına görə minnətdarlığını bildirmiş,  layihə çərçivəsində keçirilən tədbirlərin əsas məqsəd və hədəflərindən söz açmışdır.

Sonda layihə iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin