Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

0

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramıelan edib.

Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar cari ilin aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın  Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.

 

Qazaxıstanda Təhsil
Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019/20
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış
müqaviləyə uyğun olaraq, Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019/2020-ci tədris ili üzrə
Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:
Ümumi məlumat və müraciət forması 2
Maliyyələşmə 3
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar 4
Tələb olunan sənədlər 5
Əlaqə 6
2
Ümumi Məlumat
Təhsil səviyyəsi: bakalavriat, magistratura;
Kvota: hər təhsil səviyyəsi üzrə 5 yer;
Tədris dili: qazax, rus və ya ingilis;
Müraciət üçün
son tarix: 09.04.2019
Müraciət forması:
 Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil
Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli – https://www.app.htp.edu.az
– Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə
cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
 Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi
ilə bildiriləcəkdir;
 Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada
müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;
 Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
buraxılmayacaqdır;
 Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir,
müsahibədə audio-video çəkiliş aparılır;
 Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
 Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Qazaxıstan
tərəfinə təqdim ediləcəkdir;
 Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Qazaxıstan tərəfinə
göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil
müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir;
– *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili
qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola
bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.
3
 Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları
ərzində təqdim olunması gözlənilir.
Maliyyələşmə:
 Təhsil haqqı;
 Tədris vəsaitləri;
 Yataqxana xərci;
 Tibbi xidmət;
 Aylıq təqaüd;
Qeyd: Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq mübadilə iştirakçılarına
təqaüd verir. Qazaxıstanın milli qanunvericiliyinə uyğun olaraq, yerli tələbələrə
verilən təqaüd məbləği ilə keçiddən tanış ola bilərsiniz.
 Nəqliyyat xərci.
Qeyd: Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanır.
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə
mərhələsində iştirak hüququ əldə edəcəklər:
 Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil
haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun
olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin
magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən
müəyyən olunur);
 İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
 Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali
təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test
4
imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 350, digər sahələr üzrə ən azı 400
bal toplamalıdırlar;
 2018/19-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət
İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların
(əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən
beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT,
qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək
göstəricinin 65%-indən az olmamalıdır;
 DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki
bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin
orta balı 100 ballıq sistem üzrə isə 61 (və ya bunun ekvivalenti) baldan aşağı
olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də
bu qayda aid edilir;
 Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələrində
təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
 Magistratura səviyyəsinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə
ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni
səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61
baldan aşağı olmamalıdır;
 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə
əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri
qəbul edilməyəcəkdir;
Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə
əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq
hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət
hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni
təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.
5
Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan
yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq
təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.
Tələb olunan sənədlər:
 Ərizə forması (keçid)
Qeyd: Rus dilində doldurulmuş Qazaxıstan tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə
“qəbul sənədi” hissəsinə yüklənməlidir.
 CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə)
 şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
 ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
 sağlamlıq haqqında arayış N86 və QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu
xəstəliklərin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq
olunmuş surəti;
 attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün)
rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
 bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət
edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
 bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura
dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş
surəti;
 Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair
arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli
transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq
olunmuş surəti;
 2 ədəd 3×4 rəngli fotoşəkil.
 Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);
 Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş);
 Tövsiyə məktubu (rus və ya ingilis dilində);
6
 Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili
rus dilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)
Əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron
ünvanına göndərə edə bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin