“FRANKOFONİYA HƏFTƏLƏRİ” PROQRAMI: Tədbirlər Siyahısı!

0
“FRANKOFONİYA HƏFTƏLƏRİ”
PROQRAM

▶️Tədbir
?Jak Breyin ad günü. Görkəmli belçikalı müğəniyə ithaf
8 aprel, 18.30, Landmark Cine club
Belçika Səfirliyi tərəfindən təşkil olunan «Görkəmli Jak» tədbiri.
Jak Breyin ehtiraslı mahnıları bir neçə nəslin müğənilərinə təsir edib. 8 aprel tarixində sənətkarın 90 yaşı münasibəti ilə onu yenidən kəşf etməyə imkan yaranacaq.

▶️Konfrans
?Meksika ədəbiyyatında fransız dilinin əhəmiyyəti
11 aprel, saat: 11.00, Azərbaycan Dillər Universiteti, Təbriz korpusu
Meksikanın Səfiri cənab Rodriqo Labardininin Meksikanın üç böyük yazıçısı Karlos Fuentesin, Alfonso Reyesin, Oktavio Pasın əsərlərində fransız dilinin əhəmiyyəti mövzusunda konfransı.

▶️Uşaqlar üçün dərnək
?«Rumın xalq nağılları»
6 aprel, saat: 10.00, Bakı Hogwarts Məktəbi
Rumın nağılları və əfsanələrinin Azərbaycan əfsanələri ilə oxşarlığı mövzusunda təqdimat. Uşaqlar hekayələrdə onlara ən çox təsir edən mövzuları rəsimlərdə əks edəcəklər.

▶️Sərgilər
?5-6 aprel, Yunanıstan sərgisi
Sərginin açılışı: 5 aprel, saat: 12.00, UFAZ
Yunanıstanın Səfiri cənab Nikolaos Kanellosun rəsm əsərləri

?« Moldova mənim ürəyimdi » Moldova rəssamlarının sərgisi
Açılış:10 aprel, saat: 18.00, Müasir İncəsənət Muzeyi
«Moldova mənim ürəyimdi» sərgisi iki moldav rəssamı Antonina və Vitaliy Grisçiukun lahiyəsidir. Sərgidə 50-yə yaxın müxtəlif texnikada yaradılmış əsərlər toplanıb. Rəssamların əsas mövzuları Moldovanın kəndləri, qədim Kişinev şəhərinin memarlığı və Moldovanın sakinləridir.

?Bruno Burelin sərgisi, Macarıstan:
Açılış: 11 aprel, saat: 18.00, Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi
Fransız fotoqrafı Bruno Burelin Budapeştə həsr olunmuş kitabından fotoekspozisiya

?Fotoqraf Maya Bağırovanın sərgisi, Fransa
Açılış: 14 Aprel, saat: 19.00, Art Tower qalereyası
Maya Bağırova Fransanın nüfuzlu «Spéos» məktəbində təhsilini davam etdirən azərbaycanlı fotoqrafdır. O, «Paris Match» dərgisi ilə əməkdaşlıq edir. Bu fotosərgi onun Parisə olan münasibətini əks etdirir.

▶️Musiqi
?«Ey gözəl yaz! Əbədi mahnılar» konserti, İsveçrə
30 may, saat: 19.00, Beynəlxalq Muğam Mərkəzi
1 aprel, saat: 19.00, Sumqayıt Dövlət Dram Teatrı
«Ey gözəl yaz! Əbədi mahnılar» lahiyəsi İsveçrə xalq mahnılarını müasir şəkildə tərənnüm edir. Zərb alətləri ifaçısı Efraim Salzmanın və qitaraçı Mark Aymonun ifasında olan «Əbədi mahnılar» lahiyəsi 2018-ci ildə İsveçrədə böyük uğur qazanmışdır.

?DJ SHLØMO-nun performansı, Franse
6 aprel, saat: 23.59, iN Club
Fransalı DJ-in elektronik musiqisindən ibarət performans

?Maruan Benabdallahın « Arabaesque » konserti, Mərakeş
12 aprel, saat: 19.00, Beynəlxalq Muğam Mərkəzi
Mərakəşli pianoçu Maruan Benabdallahın « Arabaesque » layihəsi ərəb və digər ölkələrdə dinləyicilərin klassik musiqiyə maraqını cəlb etmək məqsədi daşıyır.

?TEZLİKLƏ
Dirijor Natali Maranın rəhbərliyi altında konsert
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Fransa

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin