Gənc jurnalistlər üçün – Ödənişsiz Jurnalistika kursları

0

GƏNCLƏRİN NƏZƏRİNƏ !!!

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Demokratiya Məktəbi yaxın günlərdə gənc jurnalistlərin yetişdirilməsini hədəfləyən növbəti ödənişsiz təlim-kurslarının təşkilini nəzərdə tutur.

Aprel-İyun ayları ərzində 12 həftə davam edəcək təlimlər 24 məşğələdən ibarət olacaq.

Təlimlər jurnalistika və media hüququ sahəsində Azərbaycanda fəaliyyət göstərən ən təcrübəli və
peşəkar təlimçilərin iştirakı ilə aparılacaq.

Təlim dövründə və sonra iştirakçıların yaradıcılıqlarının və peşəkarlıqlarının formalaşması üçün onların hazırladıqları materialların yayılması təşkil ediləcək.

Təlimdə iştirak etmək arzusunda olan, jurnalist olmağa maraq göstərən , ali təhsilli (xüsusi istedadlılara ali təhsil şərti istisna ola bilər), 30 yaşa qədər olan gənclər öz CV-lərini 5 aprel 2019-cu ilə qədər aşağıdakı emailə təqdim edə bilərlər:

E-mail: [email protected]

Telefon nömrələri: +99455 234 76 76; +99450 235 32 50

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin