Keçiriləcək tədbirdə əxlaqi, elmi, fəlsəfi, maarifləndirici, psixoloji və ilham verici mövzulara toxunulacaq

0

Keçiriləcək tədbirdə əxlaqi, elmi, fəlsəfi, maarifləndirici, psixoloji və ilham verici mövzulara toxunulacaq. Tədbirdə dinləyicilərə həyatda necə yaxşı insan olmaq olar, özünü necə inkişaf etdirmək mümkündür, insanları sevmək və sevərək yaşamaq haqqında ilham verici çıxışlar ediləcək.
Sözü gedən tədbirdə, ölkənin tanınmış ictimai xadimləri iştirak edəcək. Üç bestseller kitabın müəllifi, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlu, “Metafizika düşüncələri” və “Din fəlsəfəsi” kitablarının müəllifi, fəlsəfə dokturu, pedaqoq Mail Yaqub, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssisi, profayleri, biznes təlimçi, yalan üzrə ekspert və “60 saniyədə insan tanıma sənəti ” kitabının müəllifi Təbriz Hacınski,”Buqələmun” və “Ortaq şəhər” kitablarının müəllifi Ülviyyə Tahir, “Sən dünyanın xilaskarısan” kitabının müəllifi Anar Həsənov, ilahiyyatçılar hacı Şahin Həsənli və Bəhruz Camal, şairlər Arif Buzovnalı, Vüsalə Vətənxan, Ağasəlim Əmri Binəli tədbirin qonağı olacaqlar.
Tədbirdə iştirak edənlərdə verilən suallara düzgün cavab verənləri kitab hədiyyəsi gözləyir.
Biletləri öncədən almaq lazımdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin