“Kubik Rubiklə Şəxsi İnkişaf” adlı layihə çərçivəsində təlimlər keçirilmişdir

0

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Xəzər Gənclər Evində “Kubik Rubiklə Şəxsi İnkişaf” adlı layihə çərçivəsində təlimlər keçirilmişdir.

Tədbirdə ümumilikdə 55 nəfər gənc iştirak etmişdir. Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Məmmədov İbrahim tədbir iştirakçılarına layihə haqqında məlumat vermişdir. O, layihənin reallaşması üçün maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, layihənin əsas məqsədi kubik rubikə marağı olan gənclərin intellektual biliklərinin artırılması, yaddaş , həmçinində əl ,göz koordinasiyalarının surətli inkişafıdır. Daha sonra təlimçi Həzrət Məmmədrzayev çıxış edərək gənclərə 4 təlim boyunca 3×3 ölçülü kubik rubikin yığılma alqoritlmərini izah etmiş və gəclərlə birbaşa olaraq praktivi bacarıqları inkişaf etdirmişlər. Layihə çərçivəsində daha çox gəncin maariflənməsi üçün sosial şəbəkələrdə iştirakçılara məlumatlandırıcı məlumatlar paylaşılmışdır.

Təlimin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Təlimlərdən sonra aktivliyi ilə seçilən 1-2 gənclə Mozaik Art sənəti ilə müğənni Natavan Həbibi və Ulu Öndərimiz Heydər Əliyevin portreti işıqlandırılmışdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin