Dərs Evi müəllim vəzifəsinə vakansiya elan edir

0

Tələbə və gənclər üçün İŞ İmkanı

Dərs Evi müəllim (abituriyent hazırlığı üzrə) vəzifəsinə vakansiya elan edir

Niyə Dərs Evi?
 Dərs Evi – imtahanlara ənənəvi hazırlıq prosesindən əsaslı şəkildə fərqli bir yanaşma tətbiq edən innovativ tədris mərkəzidir.
 Mərkəz çoxillik beynəlxalq təcrübəyə (İsrail, ABŞ, Rusiya) əsaslanan və yerli imtahan tələblərinə uyğunlaşdırılmış unikal metodika əsasında fəaliyyət göstərir.
 İnteraktiv tədris metodları, xüsusi hazırlanmış materiallar və effektiv dərs proqramı sayəsində abituriyentlər yalnız fənləri öyrənmir, eyni zamanda imtahana hərtərəfli hazırlaşırlar.
 Daha ətraflı məlumat əldə etmək üçün saytımıza nəzər yetirə bilərsiniz: www.dersevi.az

Dərs Evi müəllimi olmaq nə deməkdir?
Dərs Evində dərs deməyin üstünlükləri

Şagirdlərimizin müəllimlər haqqında rəyləri

Dərs Evi-ndə çalışmağın üstünlükləri:
• Beynəlxalq şirkət səviyyəsində iş standartları
• Sertifikatlaşdırılmış təlimlər və fərdi inkişaf proqramları
• Gənc və peşəkar komanda
• Çevik (razılaşdırılmış) iş qrafiki
• Yüksək əmək haqqı
• Karyerada yüksəliş imkanı

Dərs Evi-ndə müəllim vəzifəsinə seçim turlarında iştirak edəcək namizədlərə qoyulan tələblər:
• Ali təhsil müəssisələrinin məzunu və ya cari tələbəsi olmaq
• Tədris etməyə hazırlaşdığı fənn üzrə DİM qəbul imtahanında ən azı 20 suala düzgün cavab vermək
• Fənn üzrə fundamental akademik biliklərə malik olmaq
• Tədrisi həyata keçirəcəyi dili(azərbaycan və rus) mükəmməl səviyyədə bilmək
• Tədris etmək və pedaqoji fəaliyyətdə müvəffəqiyyətə nail olmaq istəyi
• İnnovativlik, yenilikləri öyrənmək və inkişaf etmək istəyi
• Məsuliyyətli və əməksevər olmaq

CV-nizi 15.04.2019 tarixindən gec olmayaraq [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun mövzu sətrində “Müəllim” vəzifəsini göstərməyi unutmayın.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin