Ödənişsiz “CRM-in biznesdə tətbiqi” seminarı

0

Yeni qurulmuş bizneslərdə sahibkarlar işin sistemləşdirilməsinə diqqət yetirmirlər.

İlk vaxtlarda biznes adət edilmiş yollarla idarə olunur. Hamı, hər yerdə və hər şeyi edir. Müəyyən mərhələlərdə bu yanaşma effektiv olur, lakin satışlar və gəlir artdıqca, şirkət böyüməyə başlayır, yeni məhsullar, bazarlar, insanlar yaranır.

Bu istər-istəməz idarəetmədə adət edilmiş idarəetmə metodlarının işləməməsinə gətirib çıxarır.

Ödənişsiz “CRM-in biznesdə tətbiqi” seminarında iştirakçılar CRM alətlərinin köməyilə satış sistemini necə effektiv idarə etməyi öyrənəcəklər.

Vaxt və məkan:

Ödənişsiz “CRM-in biznesdə tətbiqi” seminarı TheOffice iş mərkəzində cümə axşamı, 16 aprel 2019-cu il tarixində 19.00 – dan 20.30 – dək keçiriləcək. Ünvan: Bəşir Səfəroğlu küç., 215, Nizami k/t yaxınlığında.

Seminar kimlər üçün nəzərdə tutulub?

Sahibkarlar
İdarəçilər
Kommersiya direktorları
Satış üzrə direktorlar.

Seminarda aşağıdaki mövzulara toxunulacaq:

CRM nədir?
Müştərilərlə münasibətlər hansı yollarla idarə olunur?
Müştəri bazası
Satış qıfı
Satış prosesi
Satışın idarəolunması
Ünsiyyət vasitələri
Təhlil
CRM-in tətbiqi üzrə praktiki keys

Seminarın iştirakçılar üçün faydası:

Seminardan sonra iştirakçılar CRM-in satışın artırılmasında rolunu öyrənəcəklər
Müştəri bazasını qorumaq və artırmaq yollarını öyrənəcəklər
Praktiki olaraq CRM-i öz bizneslərində necə tətbiq edilməsi yolunu öyrənəcəklər
Dərhal CRM-dən istifadə etmək imkanını əldə edəcəklər
Satışı CRM sisteminin vasitəsilə təhlil etməyi öyrənəcəklər.

Təlimçi haqqında:

İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir.

Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb.
Azərbaycanın ən böyük şirkətlərində Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib.

Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib.

İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.

Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.

Seminarda iştirak üçün şərtlər:

– Seminar praktiki olduğundan yalnız WiFi-ya qoşula bilən notebook və ya planşetlə gələnlər seminarda iştirak edə biləcəklər.
– İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər.

Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:

– Seçim turundan keçməklə siz seminarda ödənişsiz iştirak etmək imkanı əldə edirsiniz.
– Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
– Seminarın sonunda iştirakçılara dinləyici sertifikatı təqdim olunacaq.

Seminarda iştirak haqqı: 0 AZN
Seminarın dili: Azərbaycan

Qeydiyyat: LİNK

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin