“Python Proqramlaşdırma dilinin əsasları” mövzusunda praktiki təlim

0

Proqramlaşdırma və kompüter elmləri ilə maraqlanan, bu sahədə təhsil alan və mövcud biliklərini təkmilləşdirmək istəyən gənclər üçün daha bir şans!

Cari ilin 17 aprel tarixində saat 18:00 – da Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və Tech Academy-nin birgə təşkilatçılığı ilə “Python Proqramlaşdırma dilinin əsasları” mövzusunda praktiki təlim baş tutacaq.

Təlim zamanı iştirakçılar Proqramlaşdırma və onun incəlikləri haqqında ətraflı praktiki məlumatlar alacaqlar.
Təlimçi, Azərbaycan MySQL və Python istifadəçilərinin qrup lideri, Şəhriyar Rzayevdir.

Şəhriyar Rzayev:
– Finlandiyanın Codership-Galera Cluster şirkətində QA Engineer olaraq çalışır;
– ABŞ-ın Percona LLC şirkətində çalışıb;
– Bir çox xarici (Higload++, PerconaConf) və yerli tədbirlərdə iştirak edib;
– TechAcademy-də mentor olaraq fəaliyyət göstərir.

Əgər siz də Proqramlaşdırma haqqında daha çox biliyə sahib olmaq istəyirsinizsə, aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/1YYP-InV8lSt_guC6WyiY3OW9olVsg7XkMnFcfBNWK50/edit

Tədbir hər kəs üçün açıqdır və ödənişsizdir.

?17 aprel
?18:00
? R. Behbudov küç., 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə
☎️ (012) 441 36 80 / 441 22 79 (124)
? [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin