Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

0

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsilbiznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir.

Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis  və ya slovak dilləridir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Slovakiya Respublikası

Kvota sayı: 1

Təhsil səviyyəsi: bakalavriat və ya magistratura

İxtisaslar: təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları

 

Qarşılanan  xərclər və aylıq təqaüd məbləği:  https://bit.ly/2VE1yS6 

Dil bilikləri:  ingilis və ya slovak

Son müraciət tarixi: 30.05.2019

 

– Təqaüd proqramı haqqında ətraflı məlumat, tələb olunan sənədlər və digər xərclərlə bağlı aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://www.vladnestipendia.sk/en/ 

– Təqaüd proqramına müraciət etmək üçün müvafiq keçid: https://www.vladnestipendia.sk/en/application

 

Təqaüd proqramı ilə bağlı sualları Slovakiya Respublikasının müvafiq proqram üzrə əməkdaşı xanım Miriama Butorovaya ünvanlaya bilərsiniz:

Əlaqə vasitələri:  [email protected] +421 907 551 404

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin