Qərb rayonlarında MƏN BU YURDUN ÖVLADIYAM adlı rəsm müsabiqəsi

0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, QazaxRayon İcra Hakimiyyətinin, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıcı  İsmayıl  Şıxlının 100 illiyinə həsr olunmuş  Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy  rayonlarının  sakinləri olan uşaqlar, yeniyetmələr vəgənclər arasında

MƏN BU YURDUN ÖVLADIYAM

adlı rəsm müsabiqəsini elan edir.

Müsabiqə “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, dahi yazıçı  İsmayıl  Şıxlının bədii irsinin təbliği Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəyrayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər Ad və soyad / Təvəllüd / Əlaqənömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə 1 və ya 2  əsərini2019-cu il may ayının 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prosoekti 75, əlaqə telefonu 29 51 015 ) təqdim  etməlidir

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını arzu edirik.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq

I Yer  – molbert  və yağlı  boya  dəsti

II Yer  – molbert və yağlı  boya  dəsti

III Yer  – yağlı  boya  dəsti

Həvəsləndirici   10  nəfər  yağlı  boya dəsti

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:

İsmayil Şıxlı irsiinin təbliği, ədibin  əsərlərinə çəkilmişillüstrasiyalar, İsmayıl Şıxlının özünün və onun əsərlərindəki,obrazlarin, həmçinin əsərlərdə qeyd məkanlarin təsviri  həmcinin“Dəli Kür” filmindən kadrların və personajların təsviri;

Bölgəyə məxsus sənət nümunələri (xalça, dulusçu, misgər);

Bölgəyə tarixi abidələri, yerli mətbəx nümunələri;

Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;

Bölgə üçün xarakterik olan  musiqi və müxtəlif sənət alətinintəsviri;

Bu bölgədən çıxmış dahi şəxsiyyətlərin obrazlarının təsviri;

Hərbi vətənpərvərlik mövzusu;

Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin