Xəbər saytında Təcrübə Proqramı!

0

Dostlar, Hokm.az xəbər saytı üçün üçün təcrübə keçməyə əməkdaşlar axtarırıq. Xahiş edirik aşağıdakı məlumatları diqqətlə oxuyun.

– İnternetdə məlumat axtarışı alətlərini tanınmasını və onlardan tam surətdə istifadə etməyi bacarmasini;
– Redaksiyanın işinin təşkili prinsiplərini öyrətmək;
– Azərbaycan dilində peşəkar biliklərə malik olmalıdır.

Vəzifə öhdəlikləri zamanı öyrədilir.:

1. Saytın idarə edilməsi;
2. Panellə iş;
3. Xəbər yazmaq texnikası;
4. Sosial şəbəkələrlə iş;
5. Smm işi;
6. İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa salmaq, üslub hissinə, redaktə və ədəbi redaktə bacarıqlarına malik olmağı öyrətmək!
7. Jurnalistlərin işinin təşkili. Redaksiya tapşırıqlarının verilməsi. Müvafiq şəkildə mətnlərin redaktə edilməsi.
8. Şəhərin və ölkənin həyatına aid olan məlumatların toplanması, təhlili və emalı.
9. Dövlət idarələrinin mətbuat xidmətləri ilə əlaqələrin yaradılması.
10. İnformasiya sorğularının tərtib olunması.
11. Zəruri hallarda, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək.
12. Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetirilməsinə nəzarət.
13. Sosial şəbəkələrlə işlərə nəzarət.
14. Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi:
15. Press-reliz, yaxud digər portallardan götürülmüş məlumatlar əsasında xəbərlərin təqdim olunması qaydalarına riayət edilməsi.
16. Xüsusi mövzuların yaradılması və mütəmadi yenilənməsi.

Təcrübə müddəti 2 ay davam edəcək. Təcrübə proqramı müddətini uğurla başa çatdırmış 2 şəxs mərkəzimizdə işləyəcək. Təcrübədən keçən şəxslərə Sertfikat təqdim olunacaq.
Özünüzü bu posta uyğun bildiyiniz halda [email protected] ünvanına CV göndərin.