StART Gənc və həvəskar rəssamların qrup sərgisi

0

30 aprel tarixində Art Tower qalereyasında “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil ediləcək.

“Start” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az, CityMag.az

Dəstək təşkilatlar:
Hillside şərəbları, Aquavita, Crocus Sativus

Giriş sərbəstdir

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin