Tələbələr və məzunlar üçün gömrük təmsilçiliyi Təcrübə Proqramı elan edir!

0

“My Broker” gömrük təmsilçiliyi təcrübə proqramı elan edir!

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı “My Broker” gömrük təmsilçiliyi gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması, şəxsi inkişafının təmin edilməsi, peşəkar bacarıqlarının inkişafı və real iş şəraiti ilə tanış etmək məqsədi ilə tələbələr və məzunlar üçün təcrübə proqramı elan edir.

Təcrübəçiyə dair tələblər:
Yaş həddi: 19-25 yaş
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
Kompüter və xarici dil bilikləri;
Komandada işləmək bacarığı;
İntizamlılıq və məsuliyyətlilik;
Özünü daim inkişaf etdirməli, innovativ düşünmək bacarığı;
Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:
1. Gömrük rəsmiləşdirilməsi prosesi;
2. Gömrük bəyannamələrinin tərtib olunması;
3. Beynəlxalq daşınmaların təşkil olunması;
4. Xidmətlərin satışı prosesi;
5. Korporativ satış qaydaları;
6. Peşəkar komandanın bir üzvü olmaq;

Müddəti: 2 ay
Müraciət formu: https://forms.gle/G5mfc37nTHTa5EeU9

Təcrübə proqramının seçim mərhələsindən uğurla keçən tələbə və məzunlar şirkətin müxtəlif şöbələrində ödənişli əsaslar ilə təcrübə keçəcəklər.

Son müraciət tarixi: 12.05.2019

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin