SDG Talks: Su resurslarının idarə olunmasında fərqli yanaşmalar

0

“SDG Talks” mühazirələr sessiyamızın bu dəfəki qonağı Həcər Hüseynova “Su resursları və su resurslarının idarə olunmasına fərqli yanaşmalar” barəsində danışacaq.

Yer kürəsinin ümumi su ehtiyatlarının 97.5%-i duzlu sulardır və  yerdə qalan miqdarın 90%-a qədəri buzlaqlar və yeraltı sular şəklindədir. Yəni ki, əlçatan şirin su ehtiyatları yer üzərində bərabər paylanmamaqla yanaşı, həm də limitli miqdardadır. Bu da öz növbəsində su çatışmazlığı ilə əlaqəli olan problemlər zəncirinə səbəb olur. Bəs çıxış yolu nədir? Su resursları idarəçiliyinə hansı yanaşmalar var? Biz fərd olaraq nə edə bilərik?

Həcər Hüseynova, hal-hazırda BMTİP-QEF Kür 2 layihəsində Regional Layihə Təhlilçisi kimi fəaliyyət göstərir. Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında, eləcə də, hər iki ölkə daxilində su resurslarının inteqrasiyalı idarəolunmasının inkişafına nail olmaqdır. Həcər, Kür 2 layihəsinə qoşulmazdan əvvəl, ADA Universitetində Azərbaycanın ətraf mühit məsələləri sahəsində tədqiqat işləri aparmış və müxtəlif ətraf mühit dəyirmi masaları, konfransları və məktəblərinin təşkilatçılığını etmişdir. Bundan başqa, o, GİZ-in təşkil etdiyi Ekosistem Xidmətlərinin İnkişaf Planına İnteqrasiyası təliminə təlimçi kimi dəvət olunur. Artıq bir neçə ildir ki, GİZ-in əməkdaşlığı ilə Qərbi Kaspi və ADA Universitetlərində təşkil olunan yay və payız ətraf mühit məktəblərində təlimçi kimi fəaliyyət göstərir.

SDG Talks: Dayanıqlı inkişaf məqsədləri barəsində olan bu mühazirə sessiyamızda 17 məqsəd üzrə fəaliyyət göstərən mütəxəssislər öz işlərini bizim ilə bölüşəcək. Bu təşəbbüsümüzün məqsədi, əhali arasında dayanıqlı inkişaf məqsədlərinin aşılanması və insanların bu məsələlərə cəlb olunmasıdır.

Tarix: 3 may 2019
Saat: 19:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Giriş sərbəstdir.