Kənd təsərrüfatı 0 və 1-lərin üzərində!

0

Kənd təsərrüfatı 0 və 1-lərin üzərində!
Fərqli ideyaları və səfər şəraitini sevən gəncləri “#AQRODATA”ya dəvət edirik!
“Aqrar İnkişaf Könüllüləri”nin növbəti geniş layihəsi başlayır. Layihə iki mərhələ üzrə davam edəcək. Belə ki, 1-ci mərhələdə innovasiya, data analitikası və aqrar sahəni əhatə edən təlim paketi ixtisaslaşmış peşəkar təlimçilər tərəfindən keçiriləcək. 2-ci mərhələdə isə Lənkəran şəhərinə səfər ediləcək.
İlkin mərhələdə seçilmiş 30 nəfərə Bakı şəhərində mütəxəssislər tərəfindən aqrar sahədə data analitikası, layihələrin yazılması və idarə edilməsi mövzuları üzrə təlimlər keçiriləcək, 2-ci mərhəldə isə iştirakçılara onların dünyagörüşünü artırmaq, aqrar sahə ilə daha yaxından tanış etmək, aqrar biliklərini artırmaq məqsədi ilə 2 gün 1 gecə Lənkəranda olmaqla çay plantasiyası və fabrikinə ekskursiyalar təşkil olunacaq, çay bitkisinin becərilməsi, onun emalı və istehsalı prosesi praktiki göstəriləcək.

Qeydiyyat: https://forms.gle/HB3pCUAfmZRwb9Y17

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin