Atenada Təcrübə Keç, sonra işlə!-“Gənc Talant” proqramı

0

Süd məhsulları istehsalçısı Atena Şirkəti, UTECA ilə əməkdaşlıq əsasında “Gənc Talant” proqramı təşkil edir.

“Talantlar” komandasına yeni məzun olmuş gənclər, sonuncu kurs tələbələri və karyerasını FMCG sahəsində qurmaq istəyən ali təhsilli həvəslilər dəvət edilir.

Biz ↓ komanda üzvünü axtarırıq:

· Potensialli
· Öyrənməyə həvəsli
· Fərqli məkan və iş şəraitində işləməyi sevən
· Dəqiq/diqqətli
· Kreativ
· Office proqramlarından rahatlıqla istifadə edən
· Beyləqan, İmişli, Ağcabadi, Gəncə və ətraf bölgədən olan

Komandaya dəvət alan könüllü:
· Müasir avadanlıqlarla tam avtomatlaşdırılmış zavodda təcrübə
· Sertifikat
· Tövsiyyə məktubu
· İşə qəbul imkanı qazanır.

Məkan: Ağcabadi, Atena Süd zavodu.
Bölüm: istehsal və arxa ofis
Şərtlər: nahar və yaşayış yeri ilə təminat
· UTECA-nın Qida məhsulları mühəndisliyi, logistika, Sistem mühəndisliyi, Avtomatika, İqtisadiyyat fakültəsinin məzun və tələbələri müraciətlərini 15.05.2019-cu il tarixinədək [email protected] ünvanına göndərə bilər.