Tuk-Tuk: Sahibkarlıq məfhumunun sosial mühitdə yaratdığı təsir

0

“Tuk-Tuk” mühazirələr sessiyamızın bu dəfəki qonağı İmran Bağırov “Sahibkarlıq məfhumunun sosial mühitdə yaratdığı təsir” barəsində danışacaq.

Kapitalizm mühitinin sosial dəyərlərə ziyan vurduğunu dəfələrlə mediadan və digər resurslardan eşitmisiniz və duymusunuz. Gəlin, birlikdə kapitalizm mühitinin özü ilə gətirdiyi girişimçilik (Entrepreneurship) məfhumunun sosial mühitdə yarada biləcəyi təsirləri haqqında danışaq. Girişimçiliyin tarix boyu təsirləri və indiki dönəmdə artan sosial disbalans mühitində faydaları haqqında danışa bilərik. Baş tutacaq maraqlı müzakirəyə hər biriniz dəvətlisiniz.

İmran Bağırov – innovasiyalar üzrə expert, Lean Six Sigma üzrə Usta qara kəmər sahibi, Texnopolis proqramında radio aparıcı
Azercell Telekomun Strategiya və İnnovasiyalar şöbəsinin rəhbəri , Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəhbəri İBMS Solutions konsaltinq şirkətinin və 2 startapın təsisçisidir.
Bakı Dövlət Universiteti – Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin , Hanken & SSE nin Biznes Acumen proqramının məzunudur.

Tarix: 4 may 2019
Saat: 15:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Giriş sərbəstdir.