“Azərbaycan kinosunun identifikasiya problemi” mövzusunda panel diskussiya

0

Əziz dostlar,

sizi may ayının 4-ü, saat 15.00-də Bakı Araşdırmalar İnstitutunun (https://bakuresearchinstitute.org/az/) və Salaam Cinema Baku-nun təşkil etdiyi “Azərbaycan kinosunun identifikasiya problemi” mövzusunda panel diskussiyasına dəvət edirik. Qonaqlarımız kino tənqidçisi Sevda Sultanova, rej. Ə.İ. Cabbarov, rej. Elcan Məmmədov, rej.-prod. Teymur Haciyev, rej. Mirbağır İsmayılov, prod. Fehruz Şəmiyev və digər kino sahəsində tanınan şəxslər olacaqlar.

Moderasiya və məruzələr: kinoşünas Aygün Aslanlı, rej. Türkan Hüseynova

Müzakirə Azərbaycan kinosunun profil(sizliy)i, kino və cəmiyyətdə gedən proseslər arasında olan əlaqə(sizlik), sistem və yaradıcılıq konflikləri, ölkəmizdə müstəqil kinonun problemləri və s. kimi mövzuları əhatə edəcək.

Tədbirdən əvvəl həmçinin Sevda Sultanovanın bu yaxınlarda BAİ-da çıxan “Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi” (https://bakuresearchinstitute.org/az/a-brief-history-of-post-soviet-era-cinema-in-azerbaijan/) yazısını oxumanızı tövsiyə edərdik.

Tədbirimiz Süleyman Rüstəm küç. 10 ünvanında yerləşən Salaam Cinema-da (https://www.facebook.com/salaamcinemabaku/) olacaq. Sizləri müzakirəmizə qoşulmağa, sizi maraqlandıran sualları verməyə, tədbirdən sonra birgə kofe-çay içməyə və ünsiyyətə dəvət edirik.

Giriş sərbəstdir.

Hörmətlə,

Bakı Araşdırmalar İnstitutu, Salaam Cinema Baku