“Dayanıqlı Urbanizm” layihəsi

0

Hər kəsə salam,

oikos Baku sizə yeni layihəsi “Dayanıqlı Urbanizm”i təqdim etməkdən qürur duyur. Layihə mayın 12-i 12:00-16:00 saatlarında Gəncə şəhərində “Art Garden Ganja” Qalereyasında baş tutacaqdır. Layihə müzakirələr və workshop şəklində nəzərdə tutulmuşdur, layihənin spikeri Sabina Fakhraddin Abbasova əsasən urbanizm, dayanıqlı şəhər həyatı, şəhərin dizaynı və taktiki urbanizmə fokuslanaraq, həmin əraziyə və ərazinin sakinlərinə zərərin miqdarını azaldaraq urbanizmin inkişafından danışacaq. Bundan əlavə, günün ikinci hissəsində tədbir iştirakçıları həmin məkanda “şəhər bağçılığı” ilə məşğul olaraq, şəhər tempində və mühitində gübrə düzəlmə prosesini öyrənəcəklər.
Layihənin məqsədi davamlılıq və urbanizm terminlərinin yaxından bağlılığını araşdırmaq, şəhər sakinlərini şəhər bağçılığına və daha dayanıqlı şəhər həyatına cəlb etmək və bu mövzuların önəmi haqda şüur yaratmaqdır.

Əgər bu mövzu sizi maraqlandırırsa, bu haqda yeni biliklər əldə etmək və fikir mübadiləsi etmək istəyirsinizsə layihəyə qoşularaq pozitiv dəyişikliyə səbəb ola bilərsiniz!

Layihədə iştirak etmək üçün zəhmət olmazsa formada qeydiyyatdan keçin.

https://docs.google.com/forms/d/1WJRgGyMkyN7daKfl6usjMLIZGuN2hSWCLUOQERGtq6Q/edit

Hər hansı bir sualınız olarsa aşağıdakı elektron ünvanla əlaqə saxlamaqdan çəkinməyin.

email: [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin