Rəqəmsal Marketinq (digital marketing), Biznes və Liderlik üzrə ödənişsiz təlimlər

0

USAID təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı, maraq göstərən gənc qadınları lider və uğurlu sahibkar olmaq üçün 5 günlük Rəqəmsal (Digital) Marketinq, Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir. Təlimlər 2019-cu ilin May-İyul aylarında Quba, Lənkəran, Şəki, Balakən, Bərdə və Gəncə şəhərlərində keçiriləcək.

Kim iştirak edə bilər?

Əslən Balakən, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi zonası, Lənkəran-Astara iqtisadi zonası, Bərdə və Gəncə şəhərlərindən olan və yaşı 18-30 arası olan gənc qadınlar.

Təlim hansı dildə aparılacaq: Azərbaycan

İştirak üçün müraciət: Aşağıdakı formanı doldurub göndərin

Müraciət üçün son tarix:
8 May, 2019

Təlimdə iştirakçılar marketinq strategiyalarının və kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eyni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlimin əsas mövzuları aşağıdakılardır:

Biznesin planlaşdırılması və idarə olunması;
Onlayn marketinqin əsasları;
Digital Marketinq və e-Ticarətin səmərəli üsulları;
Ünsiyyət bacarıqlarının artırılması;
Özünə güvən və liderlik bacarıqları; və digər mövzular.