“Suriya Konflikti” simulyasiya oyunu

0

Əziz tələbələr!

DİA Politoloqlar Klubu və YAP Binəqədi Rayon Təşkilatı “Suriya Konflikti” mövzusunda simulyasiya oyununu sizlərə təqdim edir!

Gənclər təmsil etdikləri ölkənin siyasi mövqeyini tədqiq edir, siyasi yanaşmalar, müzakirə olunan məsələlərə dair həll yolları araşdırır, bu zaman ölkə mövqeyindən çıxış edərək təcrübi biliklərini artırırlar.
Layihənin məqsədi siyasi danışıqların aparılması, kompromisə getmə yollarını öyrətmək, lazımlı təqdimat, natiqlik, təhlil bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır.

Layihə iki hissədən ibarət olacaq:
– Təlim;
– Simulyasiya.
Təlim və Simulyasiyada qeydiyyat formunda qeyd olunan suallara verdikləri cavablara uyğun seçilmiş tələbələr iştirak edəcək. Simulyasiyada iştirak üçün qeydiyyatdan keçmək vacibdir.

https://urlzs.com/fWRp

Son qeydiyyat tarixi: 9 may, 2019 – 23:59

Simulyasiyada iştirak ödənişsizdir və bütün təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin