YARAT Freestyle / Beynəlxalq Rəqs Günü

0

Əziz dostlar,

YARAT sizi mayın 2-i Beynəlxalq Rəqs Gününü qeyd etməyə dəvət edir.

Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram 1982-ci ildə YUNESKO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunmağa başladı.

Konsert Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli, xoreoqraf-baletmeyster, canlı korifey Roza Cəlilovanın 90 illiyinə həsr olunur.

Roza xanım Azərbaycan rəqs sənətinin inkişafına dəyərli töhfələr verərək, klassik və folklor sintezi olan məktəb yaratmışdır. Həmçinin o, çoxillik yaradıcılıq fəaliyyəti ərzində, bütün dünyaya ölkəmizin zəngin rəqs mədəniyyətini nümayiş etdirib.

Proqrama dünya xalqlarının rəngarəng rəqsləri daxildir: Latın Amerikası rəqsləri, modern, hip-hop və breyk-dans.

2 may, 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir

_________
Дорогие друзья,

YARAT приглашает вас на праздник Международного Дня танца, который состоится 2-го мая. Этот праздник, посвященный всем стилям танца, начали отмечать с 1982 года по инициативе Международного совета танца ЮНЕСКО.

Концерт приурочен к 90-летию Народной артистки Азербайджана хореографа-балетмейстера, живой легенды, корифея, кавалера Ордена “Шараф” Розы Джалиловой, которая внесла бесценный вклад как в развитие танцевального искусства в Азербайджане, создав новую школу синтеза классики и фольклора, так и продемонстрировала всему миру красоту и богатство народных танцев своей родины.

Программа вечера насыщена яркими и красочными танцами народов мира: латиноамериканскими и модерн, хип-хоп и брейк-данс.

2-го мая, в 19:00
Музей Живописи Азербайджана XX-XXI веков YARAT
Вход свободный

_________
Dear friends,

YARAT invites you to the World Dance Day celebration, which will be held on May 2. This special day devoted to the different dance styles initiated by UNESCO in 1982.

The solemn performance is also dated to 90 anniversary of Roza Jalilova, the People’s Artist of Azerbaijan, choreographer-ballet master, live legend, coryphaeus, holder of the orden “Sharaf”. Roza Jalilova made an invaluable contribution to the development of dance in Azerbaijan, created new school which includes classics and folklore and demostrated to the world beauty and wealth of national dances.

The program of the evening is full of bright and colourful dances of people of the world: Latin American and modern style, hip-hop and break dance.

May 2, 7 pm
Azerbaijan Painting Museum of the XX-XXI Centuries
Admission is free

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin