“Xaricdə təhsil və uğurlu karyera qurmaq” mövzusunda görüş

0

Əziz dostlar! Həftə sonlarını effektiv keçirtmək istəyirsinizsə sizi ödənişsiz seminarımıza dəvət edirik. Əgər siz də boş vaxtlarınızı səmərəli keçirib və eyni zamanda ictimai sektorda aktiv gəncə çevrilmək istəyirsinizsə, silsilə təşkil olunacaq görüşlərimizdə iştirak edib, bizim kamandamıza qoşulmağa dəvət edirik hər birinizi.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi bu həftə sonu 4 may 2019-cu il tarixində
Britaniya Məzunu,gənc politoloq və ictimai fəaliyyəti ilə daim göz önündə olan Əhməd Əlilini sizlərin görüşünə gətirir.
Əhməd bəy University College Londonda magistr təhsili almış, Beynəlxalq ictimai siyasət və regonal təhlükəsizlik üzrə tədqiqatçıdır.
Hal-hazırda Əhməd Əlili Qafqaz Siyasi Analiz Mərkəzinin Rəhbəri və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimidir.

Bu həftənin şənbə günü Əhməd bəy gənclərə Xaricdə təhsil və uğurlu kariyera qurmağın əsas yollarını müzakirə edəcək və gəncləri maraqlandıran suallara cavab verəcəkdir.

Görüşdə iştirak etmək sərbəstdir.

Hər birinizi 4 May 2019-cu il tarixində saat 15-00-da Gənclərin İnkişaf və Karyera Mərkəzində gözləyirik.

  • Ünvan- 30 Mixail Kaveroçkin Küçəsi.
    Amerika səfirliyi ilə üzbə-üz.