Problem Nümunəsində Öyrənmə – Urologiya

0

Hörmətli tibb tələbələri,
Azərbaycan Həkimlər və Təbib Tələbələr Birliyinin təşkil etdiyi növbəti Problem Nümunəsində Öyrənmə layihəsi ilə qarşınızdayıq. Tədbir Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 4 May 2019-ci il tarixində, saat 12:00-da baş tutacaq. Xəstənin şikayətlərini dəyərlədirmək, protokola uyğun anamnez toplamaq, bizimlə birlikdə diaqnozu təyin etmək, ən əsası öyrəndiklərinizi praktikada yoxlamaq istəyirsinizsə qeydiyyatdan keçə bilərsiniz.

Tədbir interaktiv tədbirdir və iştirak online qeydiyyatladır. Qeydiyyat üçün formu doldurmağınız kifayətdir:
https://docs.google.com/forms/d/1OJEaNXArTJ1oXq763VQsaNpER9-OjmilczmxvnRBVWM/edit

Azərbaycan Həkimlər və Təbib Tələbələr Birliyi (AzerMDS) 1991-ci ildə yaradılıb və 2005-ci ildən Beynəlxalq Tibb Tələbəri Assosiasiyası Federasiyasının (IFMSA)
üzvüdür. IFMSA 1951-ci ildə yaradılıb və ən qədim və ən çox izləyici kütləsinə malik olan, 127 ölkədən 1,3 milyon tibb tələbəsini birləşdirən tibb tələbələri birliyidir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin