Azəricard-da işlə təmin edən maaşlı təcrübə proqramı

0

☑️Bizim yay təcrübə proqramımıza qoşulun.

İyul ayının ➡️1-dən etibarən 1 ay ərzində şirkətimiz tərəfindən yay təcrübə proqramı təşkil ediləcək.
Əsas məqsəd gənclərə dəstək olaraq, gələcək üçün şirkətə ixtisaslı kadrlar hazırlamaqdır.
Bu proqram aşağıdakı ixtisaslar üzrə keçiriləcəkdir:
✔️İnformasiya texnologiyaları, ✔️IT Təhlükəsizliyi, ✔️Marketinq, ✔️Əməliyyat, ✔️İnsan resursları.
Təcrübəyə bakalavr pilləsinin sonuncu kurs tələbələri və magistrlər dəvət olunur.

Təcrübə proqramı şirkətimiz tərəfindən ödənilir.
Proqramı uğurla başa vuran tələbələr şirkətimizdə işlə təmin olunmaq imkanı qazanacaqlar.

Saytımızda, Təcrübə proqramı bölməsində linkə keçid edərək sorğu anketini doldurun, mövzu bölməsində təcrübə proqramını və hansı ixtisas üzrə təcrübə keçmək istədiyinizi qeyd edərək ✅[email protected] ünvanına göndərin.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin