Ramiz Rövşənlə Görüş və İmza günü!

0

Azərbaycan poeziyasında özünəməxsus yeri olan, sevilən şairlərdən biri Ramiz Rövşən yaradıcılığı dövründə ilk dəfə uşaqlar üçün şeirlər kitabını nəşr etdirib. “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” adlı kitablar Ramiz Rövşənin həm öz nəvələrinə həm də bütün uşaqlara hədiyyəsidir.

Bununla yanaşı Ramiz Rövşənin yeni “Sevgi açarı” adlı şeirlər kitabı da işıq üzü görüb. Kitabda indiyə kimi nəşr olunmayan sevgi şeirləri ilk dəfə çapdan çıxıb. Həmçinin kitabda şairin dünya poeziyasından dilimizə tərcümə etdiyi bir neçə sevgi şeiri və son illər yazdığı “Xəyanət” kinopovesti də yer alır.

Adları qeyd olunan hər üç kitabın imza günü mayın 15-i, saat 16:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında keçiriləcək.

Tədbirə giriş sərbəstdir!