Lənkəranda ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” adlı yeni layihə!

0

MAGİYA ictimai birliyi tərəfindən Lənkəranda ““Azərbaycanda yaşayan milli azlıqlar: mədəniyyətlərarası dialoq” mövsuzunda tədbirlərin təşkili” adlı yeni bir layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə 10 may – 10 avqust 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6000 AZN təşkil edir. Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqlar və onların həyat tərzi, habelə onların dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnik qrupların (azsaylı xalqların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda, habelə Astara və Lerik rayonlarında 28-30 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır. Layihədə iştirak etmək istəyən gənclər 16 iyun 2019-cu il, Saat 24.00-adək təşkilata müvafiq ərizə ilə müraciət edə bilərlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin