“Qazax Sement Zavodu” MMC Vakansiya

0

#işvar | Qazax Sement Zavodu MMC ©

Qazax rayonuna yaxın ərazilərdə yaşayan və tələb olunan bilik və bacarıqlarda tanışlarınız varsa #Təqləyin

  1. – Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
    – İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

– Ali təhsil;
– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
– Yaşhəddi 25-30;
– MS Office – Word, Excel proqramlarını mükəmməl bilməli;
– Xarici dil: Rus və İngilis dillərini mükəmməl səviyyədə (Şifahi və Yazılı) bilməli;
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı.

Əsas vəzifə öhdəlikləri:

– Əcnəbilərlə görüşmələrdə tərcüməçilik etmək (Rus və İngilis dilində), rəhbərinə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis dilinə və ya Rus dilinə və əksinə tərcümə etmək.
– Sorğu materiallarını komplektləşdirmək və onları sinifləndirib, sistemləşdirmək.
– Müəssisənin struktur bölmələrindən rəhbərinə lazım olan məlumatları və materialları toplamaq, onları təhlil etmək və nəticəsi barədə rəhbərinə məruzə etmək.
– Rəhbərinin iclas və müşavirələrinin keçirilməsini planlaşdırmaq.
– Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərinin çıxışlarının layihəsini hazırlamaq.
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

– Nahar (Zavod ərazisindəki hoteldə qalanlar gündə 3 dəfə yeməklə təmin olunur),
– Aylıq mobil rabitə limiti,
– İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa) komfortlu servis avtobusları fəaliyyət göstərir,
– Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel fəaliyyət göstərir),
– Əmək haqqı 1500 – 2000 AZN.

  1. E – mail : [email protected] . Mövzu hissəsində “Asistent” qeyd olunması zəruridir.

Not: Xahiş olunur fikri ciddi olmayan, İngilis dili və Rus dili səviyyəsi mükəmməl olmayan və ilkin müsahibə üçün zavoda (Qazax rayonu, Daş Salahlı kəndi) gələ bilməyən (və ya gəlmək istəməyən) namizədlər CV göndərməsin.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin