“Könüllülərin kənd düşərgəsi” layihəsi

0

“Könüllülərin kənd düşərgəsi” layihəsi başa çatıb. 23-25 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olmuş “Könüllülərin kənd düşərgəsi” layihəsi həyata keçirilib. İsmayıllı rayonunun Təzəkənd kəndində baş tutmuş layihədə 40-a yaxın yuxarı sinif şagirdi və gənclər iştirak etmişdir. 3 gün ərzində iştirakçılar üçün təşkil olunan proqram “Könüllü fəaliyyət”, “Sosial məsələlərin həllində könüllü fəaliyyətin əhəmiyyəti”, “Könüllü fəaliyyətdə komanda işinin əhəmiyyəti”, “Kəndlərdə könüllü fəaliyyət üçün mümkün imkanlar”, “Sosial teatrın qurulması” və s. mövzularını əhatə edən təlimlər, eləcə də könüllü fəaliyyət üçün zəruri səriştə və qabiliyyətləri aşılayan müxtəlif praktiki oyun və komanda işlərindən ibarət olub. Layihə iştirakçıları ilə kənddəki mövcud problemlər və onların həlli yolları, eləcə də gələcəkdə könüllü olaraq həyata keçirilə biləcək fəaliyyətlər müzakirə olunub. Həmçinin iştirakçılar komandalar şəklində kənd ərazisində ekoloji aksiya həyata keçirib. İştirakçılar layihə ərzində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək və daha geniş auditoriyanı könüllü fəaliyyətə səsləmək məqsədilə müxtəlif mövzulu sosial tamaşalar hazırlayaraq kənd əhalisi qarşısında təqdim edib. Sonda bütün layihə iştirakçıları sertifikatla təltif olunub.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin