Vahid Həsənov ilə görüş

0

Qonağımız var!

O, çəkdiyi şəkillərə ruh verməyi, işini ən yaxşı şəkildə görməyi qarşısına məqsəd qoyub! Qonağımız bu günə qədər yaşadığı bütün çətinliklərə baxmayaraq məqsədindən dönməyən, Azərbaycanı ən gözəl şəkildə öz şəkil və videolarında əks etdirən Vahid Həsənovdur! Bura Vətəndir layihəsi ilə nəinki Azərbaycanda, dünyada işlərinə görə tanınan fotoqraf Backpack Azərbaycanın qonağı olacaq! Qonağımız sizə başına gələnlərdən, məqsədlərindən, heç vaxt dönmədiyi yoldan danışacaq.

Tarix: 12.05.2019
Saat: 14:00

Ünvan: World Business Centre

İştirak haqqı: 0 AZN 🙂

Həmçinin bu görüşdə danışacağıq:
– İlk dəfə hikingə başlayanlar nələrə diqqət etməli olduqlarından;
– Yarana biləcək çətinliklər, təhlükələr və onlardan çıxış yollarından;
– Təbiətdə foto çəkməyin incəliklərindən;
– Bölgələrimizin heç kimin fərqinə varmadığı gözəlliklərindən;
– Dağlıq ərazilərdə dron vasitəsilə çəkilişdən;
– Qonağımızla bağlı sizə maraqlı olan mövzulardan.

Suallarınızı hazırlayıb gəlin 😉

Yerlər məhdud saydadır. Qeydiyyat üçün +994 50 203 32 47 Gunel M-va ilə əlaqə saxlaya bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin