Kapital Bankda Aparıcı və Baş mütəxəssis üzrə vakansiya

0

Ümumi məlumat
Kapital Bank namizədləri Korporativ xidmət bölməsi üzrə Aparıcı və Baş mütəxəssis
vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər

Bankın xidmətləri və məhsulları haqqında müştərilərə müvafiq məlumatların təqdim
edilməsi.

Hüquqi şəxslərə bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi
qovluqların hazırlanması və saxlanılması.

Hüquqi şəxslərin milli və xarici valyutada odənişlərinin və əlavə olunan təsdiqedici
sənədlərin qəbulu, yoxlanılması, icrası və ödənişlər üzrə hesabatların hazırlanması.

Müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları
barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edilməsi.

Müştərilərin müraciətlərinə əsasən çek kitabçaların verilməsi, kassa mədaxil-məxaric
əməliyyatların aparılması.

Xarici valyutanın alınıb-satılması ərizələrinin qəbulu, yoxlanılması, icrası.

Bankın tariflərinə uyğun olaraq komisyon haqlarının tutulması.

Hüquqi şəxslərin müştəri-bank sisteminə və əmək haqqı layihəsinə qoşulması
və rəsmiləşdirilməsi.
Tələblər

Ali təhsil

Qarşılıqlı əlaqələri inkişaf etdirmək bacarığı

Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi

MS Office (Word, Excel) proqramları üzrə biliklər

Gərgin iş qrafikində işləmək bacarığı

Əla ünsiyyət bacarıqları

Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı
(CV) [email protected] e-mail ünvanına mövzu hissəsində “Korporativ xidmət
bölməsi üzrə Aparıcı və Baş mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin