Film çəkilişinə həsr olunmuş düşərgə

0

Günlər uzanır, hava istiləşir və biz yeni yay layihəsi üçün geri dönürük! Bu il biz İyulun 22-dən 28-ə qədər Qubada bir həftəlik film çəkilişinə həsr olunmuş düşərgə təşkil edirik. Seçilmiş 40 nəfər iştirakçı bir həftəni Qubada yerləşən Məst Dərgah İstirahət Mərkəzində keçirəcək və photo, kinematoqrafiya və montaj haqqında praktik biliklər əldə edərək qrup şəklində öz qısa filmlərini yaradacaqlar.

Azərbaycanın bütün bölgələrindən olan 18-25 yaş arası qızlar və oğlanlar bu layihəyə ərizə göndərməyə dəvətlidirlər. Bu sahədə təcrübənizin olması vacib deyil, əsas öyrənməyə həvəsiniz olsun! Nəqliyyat, qalma və qidalanma xərcləri biz tərəfdən qarşılanır.
Ərizəyə burdan keçid alin: https://forms.gle/vUWrdCdNhvdeZzz87

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin