“101 yaşlı Cümhuriyyətim 1 Fotoda” adlı müsabiqə

0

Əziz həmvətənlərimiz,

  • “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” Gənclər Təşkilatı “28 May-Respublika Günü” münasibətilə “101 yaşlı Cümhuriyyətim 1 Fotoda” adlı foto müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunan foto materiallarda Azərbaycanın tarixini, təbiətini, adət-ənənələrini, insanlarını və s. özəlliklərini özündə əks etdirən görüntülər yer almalıdır.
Şərtlər
• İştirakçılar 16 yaşdan yuxarı olmalıdır.
• Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatıla bilərlər.
• Müsabiqədə yerli və xarici müəlliflər iştirak edə bilərlər.
• Foto şəkillər JPEG formatda və aydın olmalıdır. Fotolar [email protected] email ünvanına məzmun yerində FOTO yazılaraq göndərilməlidir.
• Əlavə olunmuş faylda iştirakçılar özləri haqqında qısa məlumat (Ad və Soyad, Təhsil Aldığı Qurum, İxtisas, Əlaqə Nömrəsi ) verməlidirlər.
• Başqa müəllifə aid, internetdən və ya digər mənbələrdən mənimsənilmiş fotolar müsabiqəyə qəbul edilmir.
• Əgər fotoda şəxslər olacaqsa, bu şəxslərin razılığı müəllifin məsuliyyətindədir.
• 1 müəllif maksimum 3 foto təqdim edə bilər.
• Ən yaxşı fotolar böyük formatda, 28 May münasibətilə təşkil olunacaq sərgidə nümayiş üçün yer alacaq. İştirakçılara sertifikatlar veriləcək.
• Təşkilat tərəfindən formalaşdırılacaq Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı 3 fotonun sahibi hədiyyə və diplomlarla təltif olunacaq.
• Müsabiqə üçün son müraciət tarixi 25 May 2019, saat 00:00-dır.

Müsabiqənin nəticələri 27 May tarixində açıqlanacaqdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin