18 may Beynəlxalq Muzeylər Günü

0

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azerbaijan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə 18 may Beynəlxalq Muzeylər Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi – Azerbaijan Carpet Museum, Azərbaycan Milli İncəsənət Muzeyi – Azerbaijan National Museum of Art, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi / Azerbaijan Independence Museum, Milli Azərbaycan Tarixi Muzeyi The National Museum of history of Azerbaijan, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev Muzeyi – The House Museum Of Uzeyir Hajibeyli, Səməd Vurğun Ev Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold and Mstislav Rostropovich”s home museum, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

17 May at 17:00 – 19 May at 17:00