Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) təcrübə keçmək arzusunda olan gəncləri təcrübə proqramına seçimdə iştirak etməyə dəvət edir. Təcrübə proqramı 6 ay davam edəcək.
İşin təsviri:
– Təlimlərin, tədbirlərin təşkil olunması
– Həftəlik bülletenlərin hazırlanması
– Kənd Təsərrüfatı sahəsində araşdırmaların aparılması, icmalların hazırlanması
– Daxil olan və çıxan emailləri nəzarətdə saxlamaq, cavablandırmaq və arxivləşdirmək
– Müvafiq sənədlərin tərtibi və arxivləşdirilməsi
– Üzvlərlə əlaqə saxlamaq, onlarla müntəzəm işləmək.
Namizədə tələblər:
– Təcrübəyə tam gün cəlb olunmaq imkanı olan
– Rus və ingilis dillərini bilən
– Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
– Dəqiq, məsuliyyətli və məqsədyönlü
– Kollektivdə işləməyi bacaran, xoşrəftar, operativ, yaradıcı.
Təcrübə proqramında iştirak edən gənclər təqaüd və naharla təmin edilir.
E – mail : [email protected]