“Tarixi abidələrimizin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsinin icrasına başlanılmışdır

0
“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə “Tarixi abidələrimizin təbliği
istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” adlı
layihəsinin icrasına başlamışdır. Layihə Binəqədi rayonu Ə.Ələskərov adına 244 saylı tam
orta məktəbin V-VI sinif şagirdlərin iştirakı ilə 15 may – 15 avqust 2019-cu il tarixlərində
Bakı şəhəri və digər rayonlarda həyata keçiriləcəkdir.
Layihənin məqsədi – təhsildə qeyri – formal təhsil növünü tərtib etmək ilə, şagirdlərin
keyfiyyət göstəricilərinin yüksəlməsinə və xalqımıza məxsus tarixi və mədəni irsin
öyrənilməsi istiqamətində bilik bazasının genişlənməsinə nail olmaqdır.
Layihənin hazırlıq mərhələsi bitdikdən sonra, cəlb olunacaq Mədəniyyət Nazirliyinin
rəsmi bələdçisi – Gülşən Abbasovanın iştirakı ilə təlimlər keçiriləcək və bu təlimlər zamanı
layihə iştirakçıları – məktəblilərə tədris olunan dərslik materiallarından əlavə olaraq tarixi
abidələr, dahi şəxsiyyətlər və mədəni irsimiz haqqında yeni və maraqlı məlumatlar
veriləcək.
Layihənin ikinci mərhələsində təlimlərlə yanaşı “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğları, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və s. tarixi
məkanlara infoturlar, həmçinin, Qobustan, Qəbələ, Şəki və Quba rayonlarında tarixi
abidələrin yerləşdiyi yerlərə səfərlər təşkil olunacaq. İcra etdiyimiz layihə, təhsil sahəsində
həyata keçirdiyimiz layihələrin davamı olaraq, şagirdlərin bilik bazasını zənginləşdirəcək,
tarixi və mədəni irsimizin öyrənilməsinə marağı artıracaq və gələcəkdə təhsildə yeni
uğurlara imza etməyə sövq edəcək. Layihəyə 22 nəfər məktəblinin iştirakı ilə 3 ay davam
edəcək.
“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il
Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB Azərbaycan
Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri
Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası”nın təsisçisi
və fəal üzvüdür.