Liderlik – Özünəinamdan fəaliyyətə -Anar Mammadovla görüş

0

Əziz gənclər,
Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi yeni layihəyə stat verir!

“Gənc Maarifçi” layihəsi çərçivəsində GMD sizləri müxtəlif sahələrdə çalışan və öz ixtisasları üzrə peşəkar olan təlimçiləri hər həftənin şənbə və bazar günləri öz təcrübələrini sizinlə bölüşmək üçün sizlərin görüşünə gətirir.
“Gənc Maarifçi” layihəsinin ilk qonağı Anar Məmmədovdur.

Anar Mammadov
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (İnzibati idarə etmə)
və Moskva Mədəniyyət Tarixi İnstitutunun (Praktiki psixologiya) məzunudur.

Korporativ ünsiyyət texnikaları (Azercell Telekom), Fərdi inkişaf qrupları (Fərdi qruplar), PR texnologiyalar, Media monitoring və araşdırmalar (Insight Promotions MMC), Nitq mədəniyyəti, Qeyri-standart düşüncə sistemi (təhsil sektoru) Time-management (TNS Azərbaycan MMC), Stresin idarəedilməsi (eManat), Time management (ULTELL) və s təlimlərində məşqçi olaraq fəaliyyət göstərmişdir.
Sosioloq-məsləhətçi, təlim-məşqçi, layihə rəhbəri, telekoordinator olaraq mütəqil fəaliyyətlə məşğuldur.

Hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Direktorunun Təhsil məsələləri üzrə müşaviri vəzifəsində çalışır.

MÖVZU: Liderlik – Özünəinamdan fəaliyyətə.
TARİX: 26.05.2019
SAAT: 14:00
Məkan: Gənclərin İnkişaf və Karyera Mərkəzi (Amerika səfirliyi ilə üz-üzə)

Layihədə iştirak etmək istəyənlər AD və SOYADLARINI yazaraq -GƏNC MAARİFÇİ- başlığı altında
[email protected] ünvanına email göndərməlidir.

Hər birinizi həftə sonu gözləyirik!
Gəlin birgə maariflənək!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin