Ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə

0

Ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə!
Artıq məktəblərin əlaqələndiriciləri də buraxılış imtahanı iştirakçılarının
nəticələrinə baxa bilərlər.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mart ayı
ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının
I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanlarının nəticələri elan olunub.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan
nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli
tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə
qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və
qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun”
dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış
imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər.
Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin
daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin