AQTA-nın ATMU-da Qida Təhlükəsizliyinə dair maarifləndirilmə tədbiri olub

0

AQTA-nın ATMU-da Qida Təhlükəsizliyinə dair maarifləndirilmə tədbiri olub .
20.05.2019-cu il tarixində Azərbaycan Respubliksının Qida Təhlükəsizliyi Agentliyinin və Turizm və Menecment Universiteti (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Qida təhlükəsizliyi” mövzusunda İnteraktiv maarifləndirmə tədbiri keçirilib.
Adıçəkilən qurumun əməkdaşları Eldəniz Əkbərov, Cavid Qurbanzadə və Aynurə Qurbanzadənin Beynəlxalq qida təhlükəsizliyinin idarəetmə sistemləri, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida zənciri (ilkin istehsal, istehsal,emal,qablaşdıma,saxlanma,daşınma və s), qida məhsullarında təhlükəli amillər (bioloji, kimyəvi, fiziki) və standartlar, İstehlakçıların hüquqları, o cümlədən müdafiəsi ilə bağlı təqdimat- çıxışları maraqla qarşılanıb.
İnteraktiv maarifləndimə tədbirində universitetin qida məhsulları mühəndisliyi ixtisasında təhsil alan tələbələr iştirak ediblər.