Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumimüsahibə elan edilmişdir

0

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün ümumi
müsahibə elan edilmişdir
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il 16 may tarixində 5 dövlət
orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B
növü üzrə ümumi müsahibə elanı verilmişdir. Mərkəzi icra hakimiyyəti
orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmə
hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu
vəzifələrinin A növünə (inzibati rəhbər) və 27-si isə B növü vəzifələrə (inzibati
icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü
təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında şöbə
müdiri, İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və dövlət orqanı
rəhbərinin müşaviri, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan Ekologiya və
Təbii Sərvətlər Nazirliyində regional bölmənin rəhbərinin müavini vəzifələridir.
Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 vəzifə, Maliyyə
Nazirliyində 21 vəzifə, İqtisadiyyat Nazirliyində 3 vəzifə, Hesablama Palatasında
1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 32 vakant vəzifə
ümumi müsahibə elanına çıxarılmışdır.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların
rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının
alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə
sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə
müraciət Forması” vasitəsilə 16 may 2019-cu il tarixindən 14 iyun 2019-cu il saat
18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil
edərək qeydiyyatdan keçməlidir.