“Himnimizi birgə oxuyaq!” – Bulvarda fləşmob olacaq

0

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü 28 May – Respublika günü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil ediləcək layihə çərçivəsində vətəndaşların, gənclərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni Bulvar ərazisində canlı ifa olunacaq.

Fləşmob mayın 28-i, saat 16:00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin