“Mədəniyyət Günəşi” adlı tədbir

0

Əziz dostlar!

Bakı Amerika Mərkəzi böyük məmnuniyyətlə sizi Mədəni Müxtəliflik proqramları çərçivəsində təşkil olunan və 31 May saat 14:00-da keçiriləcək “Mədəniyyət Günəşi” adlı tədbirdə iştirak etməyə dəvət
edir!

“Mədəniyyət Günəşi” tədbirinin əsas məqsədi – dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi və Azərbaycanda təbliği, mədəniyyətlərarası dialoq istiqamətində maarifləndirmə proqramlarının keçirilməsidir.

Tədbirdə Azərbaycan Dillər Universitetinin rəhbərliyi, universitetin akademik heyəti, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, tələbələr, partnyor təşkilatların nümayəndələri və s.
qonaqlar iştirak edəcəkdir.

Tədbirdə müxtəlif ölkələrin mədəniyyət nümunələri – müxtəlif rəqslər və canlı ifalar təqdim olunacaqdır.

Giriş sərbəst, iştirak isə ödənişsizdir!

? 31 may
? 14:00
? R. Behbudov, 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎️ (012) 441 36 80 / 441 22 79 (daxili – 124)
? [email protected]