Azercell-də 1 gün: “Data Engineering & Machine Learning”

0

Nəhayət ki, biz sənə daxildə olan həyatımızı göstərməyə hazırıq ?
Bilmək istəyirsən Azercelli olmaq necədir? ?
O zaman bu gün məhz sənin üçündür ?

Biz sənə nəyinki iş günümüzün necə keçdiyini, hətta “Data Engineering & Machine Learning” kimi aktual mövzuda ən maraqlı məqamlar haqda danışacağıq ?
Bu mövzu sənə maraqlıdırsa və bizimlə dostlaşmaq istəyirsənsə, qeydiyyatdan keç və bizdən cavab gözlə! ?

Səni təcrübələri və səmimi söhbətləri ilə bölüşmək istəyən Azercell şirkətinin İT üzrə aparıcı ekspertləri gözləyir.
Furşet ətrafında keçəcək tədbirimiz öz mehriban abu havası və musiqisi ilə bu günü sənin üçün yadda qalan edəcək!

İştirak etmək üçün müraciət edərkən aşağıdakı təlimat ilə tanış ol ⤵️
https://azercell.easyhire.me/…/de…/5cdc0acbb9d560470064fafc…

İştirak üçün müraciət:

İştirak etmək üçün müvafiq ixtisas, qeyd edilmiş İT sahəsinə marağın olması və müraciət edərkən qarşınıza çıxacaq bir neçə suala cavab verməyiniz kifayətdir.

Aşağıda qeyd edilən ixtisaslar üzrə peşəkarları, tələbələri və məzunları görməkdən məmnun olacağıq.

  • Tətbiqi Riyaziyyat və kibernetika
  • Mexanika və riyaziyyat
  • İstehsal prosesinin avtomatlaşdırılması
  • Avtomatlaşdırma və kompüter avadanlığı
  • Rabitə texnikası və kommunikasiya
  • İnformatika və idarəetmə
  • Texnologiya və dizayn
  • Mühəndislik
  • İT və Mühəndislik
Hiring process

Seçim prosesi:

Təəssüf ki, hamınızı qəbul etmək imkanımız yoxdur və bu səbəblə ilk müraciət edən və istəklərimizə uyğun şəxslərə üstünlük verəcəyik.

Lakin unutma ki, belə tədbirlərimiz davamlı olacaq və hər biri haqqında sosial şəbəkələr vasitəsilə bölüşəcəyik.

  • LinkedIn: Azercell Recruitment Team (linkedin.com/in/azercell-recruitment-team-469180152)
  • Web Site: www.azercell.jobs

Qeyd:  

  • Ərizələr 12 İyun 2019-cu il tarixinədək qəbul edilir.
  • Bu tədbirdə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
  • Hər hansı sualla bağlı qeyd edilən ünvana müraciət edə bilərsiz: [email protected]
  • Tədbir 28 İyun tarixində keçiriləcək

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin