MARŞ İRƏLİ – Açıq hava şəraitində hərbi simulyasiya formatlı düşərgə

0

“İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation dəstəyi ilə “Marş İrəli” layihəsinə start verir.
“İrəli” İctimai Birliyi artıq 2-ci dəfədir ki, açıq hava şəraitində hərbi simulyasiya formatlı düşərgə keçirəcəkdir. Baş tutacaq layihə çərçivəsində 150 nəfərə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanmasına, gənclərdə milli ruhun formalaşmasına, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.

Layihə ərzində nəzərdə tutulan fəaliyyətlər:

– Yarışlar
– Təlimlər
– Seminar və görüşlər
– İctimai Müzakirələr
– Komanda təqdimatları

“Marş İrəli” layihəsi haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid alın: https://ireli.az/product/marsh-ireli/
Son müraciət tarixi: 14.06.2019 18.00

Tərəfdaşlar: Azərbaycan Respublikası Gənclər Fondu

Məkan: Goranboy, Azərbaycan
Tarix: 2 iyul – 10 iyul 2019
Fəaliyyət növü: Düşərgə (çadır)

İştirakçıların seçim meyarı:

– Yaş məhdudiyyəti: 17-25 yaş
– Layihədə iştirak üçün yüksək motivasiyalı olmalı
– Ekstremal şəraitə dözümlülüyü (çadır şəraiti, fiziki yarışlar və s.)
– Səhhəti ilə bağlı xroniki xəstəliyi olmamalı
– İctimai sosial aktivliyi olmalı

Qeydiyyatdan keçmək üçün link:
https://ireli.az/2019/06/mars-ireli-layihesi-baslayir/

Qeyd – Marş İrəli layihəsində iştirak etmiş gənclər yenidən qatıla bilməzlər.

Layihə koordinatoru: Sadiq Həsənli
Əlaqə: (012) 597 48 13
Ünvan: Samad Vurgun 43, World Business Center, 4-cü mərtəbə

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin