SOCAR QOBUSTAN TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ

0

SOCAR QOBUSTAN TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzi və Kadr hazırlığının təşkili Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:

1. Azərbaycan Respublikası vətəndaşı olmalı;
2.15.09.2019-cu il tarixinədək 29 yaşı tamam olmamalı;
3.Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
4. Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Müraciət üçün son tarix: 17 iyun 2019-cu il saat 17:00-dək

Müraciət linki : http://new.socar.az/khs/upload/sayt%20uchun/ttm/khtm/index-khtm.html

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin