Əziz Könüllülər, EURO2020-də iştirak üçün qeydiyyat başladı!

0

Avro-2020 üçün könüllülük proqramına qeydiyyat başlandı
Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.

Bununla əlaqədar iyunun 11-də Avro-2020 Könüllülər Mərkəzində Avropa Çempionatının Bakı şəhəri üzrə Könüllülər proqramının təqdimatı keçirilib.
Təqdimatda Könüllülər Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin sentyabr ayında müsahibəyə dəvət ediləcək.
Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.
Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.


Apply to volunteer at UEFA events with our local organisers

Enjoy an unforgettable experience that encourages others to volunteer at European football events in the future.
Volunteering to support the delivery of UEFA events can give you the opportunity to try something new, gain experience, develop skills, improve your career prospects, build confidence and meet new people. Enjoy an unforgettable experience that encourages others to volunteer at European football events in the future.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin