Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin nəzərinə!

0
DİM dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərə kömək məqsədi ilə
“500 test tapşırığı” adlı toplu nəşr edib.
Bu topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı
mərhələsində yoxlanılan bilik sahələri (Azərbaycan dili, qanunvericilik,
informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması) üzrə imtahan
proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib. Toplu test
imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə
beş variant üzrə tərtib olunub və hər variant 100 test tapşırığından ibarətdir.
Müvafiq vəzifə qruplarına aid proqramlar əsasında tərtib olunmuş tapşırıqlardan
ibarət hər bir variant test imtahanının məzmunu (test tapşırıqlarının sayı, tipi və
forması, mürəkkəblik dərəcəsinə görə paylanması) nəzərə alınmaqla hazırlanıb.
Topluda hər bir vəzifə qrupuna uyğun hazırlanmış varianta daxil edilmiş test
tapşırığı nümunələrinin düzgün cavabları da verilib.
Kitabı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent”
satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin