“Rabitabank” Bakı və Region filiallarına Müştəri xidmətləri təmsilçisi (reception) üzrə işə qəbul elan edir!

0

“Rabitabank” ASC Bakı və Region (Qusar) filialları üzrə Müştəri xidmətləri təmsilçisi
(reception) üzrə işə qəbul elan edir!
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza
peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə
yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:
 Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
 Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
 Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
 Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.
Namizədə olan tələblər:
 Ali və yaxud orta-ixtisas təhsili;
 Yüksək kommunikasiya və müştəri yönümlülük;
 Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
 MS Office proqramları üzrə biliklər;
 Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
 Məsuliyyətli olması, təzyiqə davamlılıq, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək
qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına
göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi” və ya
“Reception” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin