“Biz əslən uşaqlıqdanıq” mövzusunda – təlim

0

Sizi “Kəpənək” və “Benefisiar” komandasının birgə təşkil etdiyi “Biz əslən uşaqlıqdanıq” mövzusunda təlim/müzakirəyə dəvət edirik.

● Təlim iki gün baş tutacaqdır.

Təlim çərçivəsində müzakirə olunacaq məqamlar :

✓Uşaqlıq dövrü fenomeni
✓Həyat ssenarimizin özəyini təşkil edən travmalarımız
✓Uşaqlığımızın “bugünkü mənə” təsiri
✓Valideynlər və biz
✓Tipik və Atipik inkişaf
✓Drama Terapiya

Spiker : Xumar Kərimli

2017-2018 –ci illərdə United Aid For Azerbaijan (UAFA) təşkilatında xüsusi qayğıya ehtiyacı olan uşaqlarla və yeniyetmələrlə drama terapist kimi çalışıb

Almaniya və Polşada uzunmüddətli layihələrdə fiziki məhdudiyyətli, daun sindromlu, xüsusi qayğıya ehtiyacı olan insanlar və küçə heyvanları ilə könüllü işləyib. Bu sahədə Bakıda 4 il ərzində könüllü şəkildə bir çox layihə və tədbirlər keçirdib. Müxtəlif illərdə Gürcüstan, Türkiyə, Ukrayna, Almaniya, Latviya, Estoniya və Polşada təlimlərdə iştirak edib. Almaniya, Rusiya və Türkiyə metodikası ilə uşaq psixologiyasından fərdi dərslər alıb və Azərbaycana ilk dəfə drama terapiyanı gətirib.

Birləşmiş Millətlər Təşkilatının 2019-2020-ci illər üçün Gənclərdən ibarət Məşvərət Şurasının üzvüdür.

___________________________

İştirak ödənişsizdir!
___________________________

Məkan : Nəsimi rayonu, Bakıxanov küçəsi 31 (Dostluq kinoteatrının yanı)

___________________________

Əlaqə :

+994 (70) 573-95-15
[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin